Qarabağın enerjiyə olan tələbatını ödəmək imkanı olacaq

Qarabağın enerjiyə olan tələbatını ödəmək imkanı olacaq

Post-konflikt dövründə 50 MVt gücü olan Sərsəng və 280 MVt gücü olan Xudafərin SES-ləri, habelə irili-xırdalı digər elektrik generasiya gücləri birlikdə Qarabağın enerjiyə olan tələbatını ödəmək imkanına malik olacaq.

Bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin rəhbəri Vüsal Qasımlı deyib.

Onun sözlərinə görə, bu elektrik stansiyalarının ölkənin enerji sisteminə qatılması güclərin artırılması ilə yanaşı, mənbələrin coğrafi diversifikasiyası, yəni Abşeron, Şirvan və Mingəçevir üzərindən yüklərin azaldılması, həmçinin, alternativ (bərpa olunan) enerji istehsalının ümumi istehsalda payının artırılması deməkdir.

O vurğulayıb ki, post-konflikt dövründə regionun sənaye rekreasiya imkanlarından da geniş istifadə ediləcək:

“Azərbaycanın mineral sularının 40 faizə qədəri işğal altında olub. Zəbt olunmuş ərazilərdə böyük müalicə əhəmiyyəti olan 120-dək müxtəlif tərkibli mineral su yataqları var. Digər ölçü ilə bu 7805 kubmetr/gün mineral su təchizatı deməkdir. Bunların içərisində Kəlbəcər rayonunda Yuxarı və Aşağı İstisu, Bağırsaq, Keşdək, Laçın rayonunda İlıqsu, Minkənd, Şuşa rayonunda Turşsu, Sırlan və başqa mineral sular diqqəti xüsusilə cəlb edirlər.

Kəlbəcər rayonu ərazisində yerləşən İstisu mineral suları özlərinin əlverişli qaz və kimyəvi tərkibinə, yüksək temperaturuna, böyük təbii ehtiyatlarına görə fərqlənirlər. İstisu bulağı üstündə keçən əsrin 80-ci illərində iri kurort və mineral sudoldurma sənayesi yenidən canlandırıla bilər. Eyni yanaşmanı Şuşada Turşsu mineral bulağında da etmək mümkündür.”

Mərkəzinin hesablamalarına görə işğal altında 250 min hektar, keçmiş təmas xəttinə yaxınlıqda olan istifadəsiz 120 min hektar ərazinin post-konflikt dövründə əkin dövriyyəsinə cəlbi imkanları var. Bu da Qarabağda emal və ərzaq sənayesinin inkişafını əsaslandıracaq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
306 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...