Ordumuz düşmən PUA-sını necə vurub? (RƏY)

Ordumuz düşmən PUA-sını necə vurub?

"Bizim ordumuz düşmənin PUA-sını istədiyi vaxt və istədiyi yerdə vurub zərərsizləşdirməyə qadirdir”.

Gundeminfo.az Hit.Az-a istinadən xəbər verir ki, bunu İctimai Tədqiqatlar Mərkəzinin sədri, hüquqşünas İlqar Altay deyib.

O, ermənilərin pilotsuz uçuş aparatının (PUA) Şəmkirə necə gəlməsi, vurulması və niyə güclü partlayış olması haqqında fikirlərini bölüşüb.

Bildirib ki, Qovların (Tovuz) yuxarısı Zəyəm çayı üstündən Ermənistan ilə Şəmkir arası 25-30 kilometr təşkil edir. PUA tam nişangaha götürülməsi üçün bir qədər də əraziyə buraxılır ki, necə manevr etməsini, düşmənin hansı ərazimizi, obyektlərimizi izləmə fikrini bilib sonra vururlar:

"Şəmkirin çıxacağı, 23-cü küçənin sonunda vurulubsa, demək, bu PUA üzü Kür çayı, Şəmkir SES tərəfə uçurmuş. Bu həddən o tərəfə ordumuz onu buraxmazdı. Ona görə də PUA-nı izləməyi saxlayıb, vurublar! Vuran zaman hətta 15 km aralıdakı Zəyəm qəsəbəsində titrəyiş yaradan güclü bir partlayışın olmasına səbəb isə ola bilsin, PUA-da raket, ya bomba olub”.

İ. Altayın fikrincə, Azərbaycan Ordusu düşmənin PUA-sını gecə vaxtı sərhədi keçən andan tam müəyyən etməyə qadirdir:

"Hətta nəinki onu 25-30 kilometr ölkə içinə buraxıb izləyən, onun manevr imkanları və uçuş məqsədi-hədəfini aydın edəndən sonra istədiyi vaxt və istədiyi yerdə vurub zərərsizləşdirməyə qadirdir. Təşəkkür, dövlətimizə”.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
57 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...