Bakıda Tibb Mərkəzi karantin qaydalarını pozdu

Bakıda Tibb Mərkəzi karantin qaydalarını pozdu


“Starlab” MMC barəsində karantin qaydalarına nəzarət etmədiyinə görə inzibati protokol yazılıb.

Yenisabah.az xəbər verir ki, protokola Nəsimi Rayon Məhkəməsində hakim Babək Pənahovun sədrliyi ilə baxılacaq.

Tibb mərkəzinə protokol İnzibati Xətalar Məcəlləsinin 211.2-ci (Epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə) maddəsinə əsasən tərtib edilib.

Bu inzibati xətaya görə, hüquqi şəxslər 400 manat cərimə edilir.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
76 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...