Azərbaycanda köhnə maşınlar niyə çoxalıb? - SƏBƏB

Azərbaycanda köhnə maşınlar niyə çoxalıb? -

Dövlət Statistika Komitəsi (DSK) ölkədə minik avtomobilləri parkının yaş strukturuna dair son məlumatları açıqlayıb.

Bu barədə Modern.az-a fikir bildirən iqtisadçı Rövşən Ağayev bildirib ki, 2019-cu ildə yeni maşınların (5 ilədək istismar müddəti) ümumi minik avtomobillərində payı son 6 ildə ən aşağı həddə düşüb - 4,2%:

“10 ildən çox istismar müddəti olan minik avtomobillərinin xüsusi çəkisi isə 77,3 % olmaqla ən yüksək həddə çatıb. Bu sahədə ən yaxşı vəziyyət 2014-cü ildə qeydə alınıb. Belə ki, 5 ilə qədər yaşı olanların payı 17%, 10 ildən çox olanların xüsusi çəkisi isə 62% təşkil edib”.

İqtisadçının sözlərinə görə, bu mənzərənin yaranmasında heç şübhəsiz əsas səbəb son illər kreditlə maşın almaq üçün şərtlərin pisləşməsidir:

“Amma digər 2 mühüm səbəbi də gözardı etmək olmaz: gömrükdə maşın idxalı üçün şərtlərin son dərəcə ağırlaşdırılması- vergi yükünün kəskin artımı, əhalinin sosial vəziyyətinin devalvasiyadan sonrakı dövrdə davamlı olaraq pisləşməsi”.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
35 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...