190 manatın verilməsinə başlanıldı

190 manatın verilməsinə başlanıldı

Xüsusi karantin rejiminin tətbiqi ilə əlaqədar işsiz qalan və günəmuzd işləyən şəxslərə 190 manat birdəfəlik ödəmənin verilməsinə başlanılıb.

Yenisabah.az xəbər verir ki, bu barədə birdəfəlik ödənişi alan vətəndaşlar sosial şəbəkədə məlumat paylaşıblar.

Xatırladaq ki, ümumilikdə 16 şəhər və rayon üzrə 287 min nəfərə ödənişin verilməsi planlaşdırılır. Bu məqsədlə 55 milyon manat vəsait ayrılıb.

20 iyul saat 06:00-dək Goranboy, Göygöl və Mingəçevir şəhərləri, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonları daxil olmaqla, Bakı, Cəlilabad, Gəncə, Lənkəran, Masallı, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron rayonunda sərt karantin rejimi tətbiq ediləcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
335 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...