Oksford peyvəndi təsirini göstərdi

Oksford peyvəndi təsirini göstərdi
Oksfordun inkişaf etdirdiyi “AZD1222” peyvəndi 3-cü mərhələdə müsbət nəticələr göstərib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Oksford Universitetinin vaksinoloq alimi Sara Gilbert açıqlama verib. O bildirib ki, peyvənd sınaqlarda virusa qarşı düzgün immun reaksiyanın yaranmasına müvəffəq olub. Onun sözlərinə görə, 3-cü mərhələdə ümumilikdə 8 min könüllü iştirak edib.

Gilbert peyvəndin nə vaxt hazır olacağına dair dəqiq bir tarix verə bilməyəcəyini, bunun sınaqlar tam nəticələndikdən sonra mümkün olacağını qeyd edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
422 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...