TƏBİB-dən növbəti maska xəbərdarlığı

TƏBİB-dən növbəti maska xəbərdarlığı

"Açıq havada fəaliyyət göstərən kafe və restoranların iş qrafiki bağlı məhudiyyət qüvvədədir. Qərarın dəyişməsi epidemioloji vəziyyətin gedişatından asılı olacaq".

"Report" xəbər verir ki, bunu "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi"nin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

O qeyd edib ki, qapalı məkanlarda tibbi maskaların taxılması məcburidir və buna əməl etməyənlər cərimə olunacaq: “Açıq havada isə maskalardan istifadə tövsiyə xarakterlidir. Amma açıq havada növbəlilik məsələsi olarsa orada da məcburi olacaq”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
417 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...