Əyalətdəki vətəndaşlar necə yardım alacaq? nazirdən açıqlama

Əyalətdəki vətəndaşlar necə yardım alacaq?

Dövlət bu mexanizmlə kənarda qalmış şəxslərə kömək etmək istəyir. Dövlət bu gün muzdla işləyənlər üçün yeni bir dəstək paketinin hazırlığına başlayıb.

Axar.az xəbər verir ki, bu sözləri Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Real TV-nin “Mir Şahin vaxtı” verilişinə müsahibəsində deyib.

Nazir deyib ki, insanlar öncə işsiz kimi qeydiyyatdan keçməlidir:

“İşsiz şəxslər yardım almaq istəyirlərsə, öncə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məşğulluq alt sistemi üzərindən işsiz şəxs kimi qeydiyyatdan keçməlidirlər. Buna görə biz onlar üçün elektron imkanlar da yaratmışıq. Bu portallar ilə onlar qeydiyyatdan keçə bilərlər”.

Sahil Babayev regionlarda yaşayan insanların yardım paketindən necə faydalana biləcəklərindən danışıb:

“Kiminsə internetə çıxışı yoxdursa, xüsusən də regionları nəzərədə tuturam, onlar aid olduqları rayon üzrə məşğulluq xidmətlərinə müraciət edib, özünün və ailə üzvlərinin şəxsiyyət vəsiqəsini təqdim edərək qeydiyyatdan keçə bilərlər.

Şəxslərin işsiz kimi qeydiyyata alınmasından sonra onların müəyyən kriteriyalar üzrə yoxlanmasına başlanacaq. Bu elektron sistemler üzərindən yoxlanacaq. Burda da məqsəd müraciət edən şəxsin sosial yardım alıb-almamasını dəqiqləşdirməkdir”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
287 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...