İranda bu tarixdən gediş-gəliş bərpa olunur - Ruhani

İranda bu tarixdən gediş-gəliş bərpa olunur -

İran hökuməti aprelin 18-dən ölkənin əyalətləri arasında gediş-gəlişi bərpa etmək niyyətindədir. Axar.az xəbər verir ki, bunu İran Prezidenti Həsən Ruhani deyib.

“Əyalətlər daxilində şəxli nəqliyyat vasitələrindən istifadə sərbəst idi, lakin əyalətlərarası gediş-gəliş aprelin 18-ə kimi bağlı olacaq”, - Ruhani bildirib.

Qeyd edək ki, hazırda indiyədək 55743 koronavirusa yoluxma halı qeydə alınıb. Ölənlərin sayı 3452 nəfərə çatıb, 19736 nəfər isə sağalıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
333 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...