Daha üç ölkədə koronavirus aşkarlandı

Daha üç ölkədə koronavirus aşkarlandı
Bəhreyn, Küveyt və Əfqanıstanda koronavirusa yoluxma halları qeydə alınıb.

Unikal.org “Arab News”a istinadən xəbər verir ki, Bəhreyndə koronavirus diaqnozu İrandan gəlmiş vətəndaşa qoyulub.

Küveytdə isə 3 nəfərin koronavirusa yoluxması faktı aşkarlanıb. Onlardan biri İrandan gəlmiş Səudiyyə Ərəbistanı vətəndaşıdır. Məlumata görə, xəstə müalicə alanadək Küveytdə qalacaq.

Eyni zamanda Əfqanıstanda da ilk koronavirus hadisəsinin qeydə alındığına dair məlumat yayılıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
323 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...