Gülnarə təcili yardım maşını ilə həbsxanadan çıxarıldı

Gülnarə təcili yardım maşını ilə həbsxanadan çıxarıldı

Özbəkistanın birinci prezidentinin qızı Gülnarə Kərimova təcili yardım maşını ilə koloniyadan çıxarılaraq xəstəxanaya yerləşdirilib.

Bu barədə onun vəkili Qrequar Manja “Twitter” səhifəsində məlumat paylaşıb.

Onun sözlərinə görə, G.Kərimova ilə görüşmək üçün altı saat gözləyib. Yekunda onun G.Kərimova ilə danışıqlar aparmasına icazə verilməyib.

Vəkil gözləyərkən bir neçə təcili yardım maşınının koloniyanı tərk etməsinə şahidlik edib.

Q.Manja etibarlı mənbəyə istinadən bildirib ki, maşınların birində G.Kərimova olub. Onun sözlərinə görə, Kərimovanın saxlanıldığı koloniyada son həftə ərzində iki qadın vəfat edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
397 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...