Bakıda Arif Məlikovun heykəli ucaldılacaq - SƏRƏNCAM

Bakıda Arif Məlikovun heykəli ucaldılacaq -
Prezident İlham Əliyev Azərbaycan musiqi sənətinin görkəmli nümayəndəsi, böyük bəstəkar, SSRİ xalq artisti, Dövlət mükafatı laureatı, akademik Arif Cahangir oğlu Məlikovun xatirəsinin əbədiləşdirilməsi haqqında sərəncam imzalayıb.

Gundeminfo.az xəbər verir ki, sərəncamla Bakı şəhər İcra Hakimiyyətinə Fəxri Xiyabanda Arif Məlikovun qəbirüstü abidəsinin qoyulmasını təmin etmək və Bakı şəhərindəki küçələrdən birinə Arif Məlikovun adının verilməsini təmin etmək tapşırılıb.

Mədəniyyət Nazirliyinə Bakı şəhər İcra Hakimiyyəti ilə birlikdə Bakı şəhərində Arif Məlikovun heykəlinin ucaldılmasını təmin etmək və Bakı şəhərində yerləşən musiqi məktəblərindən birinə Arif Məlikovun adının verilməsini təmin etmək tapşırılıb.
Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
69 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...