Sabiq deputat seçkilərdə iştirak etməyəcək

Sabiq deputat seçkilərdə iştirak etməyəcək
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev növbədənkənar parlament seçkilərində iştirak etməyəcək.

Bu barədə Qaynarinfo-ya onun özü məlumat verib.

Sədr seçkilərdə partiyanın iştirak edəcəyini açıqlayıb:

"Belə qərar verdik ki, mən seçkilərdə iştirak etməyim. Amma partiyanın 10-dan yuxarı səlahiyyətli şəxsləri seçkilərdə iştirak edəcək".

Qeyd edək ki, Fərəc Quliyev Azərbaycan SSR Ali Sovetinin XII çağırış deputatı, Azərbaycan Respublikasının Milli Məclisinin IV və V çağırış deputatı, 2013-cü və 2018-ci illərdə Azərbaycan Respublikası prezidenti seçkilərində prezidentliyə namizəd olub, Milli Dirçəliş Hərəkatı Partiyasının qurucusu və hazırkı sədridir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
276 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...