Zəlzələ ilə bağlı FHN-dən - AÇIQLAMA

Zəlzələ ilə bağlı FHN-dən -


Fövqəladə Hallar Nazirliyi İsmayıllı rayonu ərazisində qeydə alınan zəlzələ barədə məlumat yayıb.
FHN-dən Yeniavaz.com-a verilən məlumata görə, Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Fövqəladə Hallar Nazirliyi Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, 24.03.2023-cü il tarixində saat 11:09-da İsmayıllı seysmik stansiyasından 6 km şimalda İsmayıllı rayonu ərazisində, 9 km dərinlikdə 4,2 maqnituda zəlzələ qeydə alınıb.
Zəlzələ epsentrdə 4, ətraf rayonlarda 3 bala qədər hiss olunub. Zəlzələ nəticəsində hər hansı dağıntı və ya tələfat barədə məlumat daxil olmayıb.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
258 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...