Ukrayna Baş Qərargahı: "Rusiyanın itkiləri 90 mini keçib"

Ukrayna Baş Qərargahı:

Ukraynada hərbi əməliyyatlar başlayandan indiyədək Rusiya Silahlı Qüvvələrinin 90 090 hərbçisi məhv edilib.

“Report” xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, Rusiya Silahlı Qüvvələrinin digər döyüş itkiləri - 2 916 tank, 5 883 zirehli maşın, 1 564 operativ-taktiki PUA, 1 905 artilleriya sistemi, 395 reaktiv yaylım atəşi sistemi, 210 hava hücumundan müdafiə sistemi, 280 təyyarə, 16 gəmi, 262 helikopter, 531 qanadlı raket, 4 464 avtomobil və tanker, 163 xüsusi texnikadan ibarətdir.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
168 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...